SON DƏQİQƏ
» » Azərbaycanda "donuz qripi" yayılıb? - RƏSMİ CAVAB

Azərbaycanda "donuz qripi" yayılıb? - RƏSMİ CAVAB

Tarix:

31-01-2019, 16:10

/ 10 315 dəfə oxundu.
Azərbaycanda "donuz qripi" yayılıb? - RƏSMİ CAVAB

Səhiyyə Nazirliyi Azərbaycanda 16 nəfərin А/H1N1 virusuna (donuz qripi) yoluxması ilə bağlı xəbərlərə cavab verib.

Nazirliyin mətbuat xidmətindən GunAz.az -a verilən məlumatda bildirilir ki, Ümumdünya Səhiyyə Təşkilatına istinadən Azərbaycanda 16 nəfərin "donuz qripi”nə yoluxmasına dair yayılan xəbərlər doğru deyil:

“Azərbaycanda bugünə qədər donuz qripinə yoluxma halları aşkarlanmayıb. Ümumdünya Səhiyyə Təşkilatına Taun əleyhinə stansiya tərəfindən hər hansı nümumə göndərilməyib. Ümumdünya Səhiyyə Təşkilatının hansı nümunələrə əsaslanaraq bu məlumatı yayıb bizə məlum deyil”.

Qeyd edək ki, Medicina.az saytının yazdığı xəbərdə ÜST-ün Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi və Avropa Bürosunun aparılan laborator yoxlamalar nəticəsində Azərbaycanda 16 halda А/H1N1virusuna (donuz qripi) yoluxma halını təsdiqlədiyi bildirilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ