SON DƏQİQƏ
» » “Donuz qripi”ndən 10 nəfər öldü- GÜRCÜSTANDA

“Donuz qripi”ndən 10 nəfər öldü- GÜRCÜSTANDA

Tarix:

8-01-2019, 08:37

/ 10 287 dəfə oxundu.
“Donuz qripi”ndən 10 nəfər öldü- GÜRCÜSTANDA

Gürcüstanda A (H1N1) virusundan (“donuz qripi”) 10 nəfər ölüb.

GunAz.az xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

O deyib ki, ölkədə qriplə bağlı vəziyyət nəzarət altındadır: “Hazırkı mərhələdə təlaş üçün əsas yoxdur. Vəziyyət tam olaraq nəzarət altındadır”.

Qeyd edək ki, hazırda Gürcüstanda hər 100 min sakinə 256 qripə yoluxmuş şəxs düşür. Ötən həftə ilə müqayisədə virusa yoluxma hallarında 21 azalma qeydə alınıb.

Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin məlumatına görə donuz qripinə yoluxanlar arasında Azərbaycanlılar yoxdur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ