SON DƏQİQƏ
» » Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

Tarix:

10-12-2019, 20:35

/ 1 005 dəfə oxundu.
Səudiyyə kralı körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb

Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz ər-Riyadda keçirilən Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrinin dövlət başçılarının zirvə toplantısı zamanı təşkilata üzv ölkələri İrana qarşı bir olmağa çağırıb.

GunAz.az xəbər verir ki, Səudiyyə Ərəbistanın kralı Salman bin Əbdüləziz bu gün KƏŞ-in 40-cı zirvə toplantısının açılışını edərkən çıxışının əsas hissəsini İrana ayırıb.

O çıxışı əsnasında körfəz ərəb dövlətlərini İrana qarşı bir olmağa çağırıb.

Kral Salman deyib"

"Körfəz Əməkdaşlıq Şurası üzvləri İranın təcavüzləri qarşısında bir olmalıdırlar. İran rejimi düşmənçilik addımlarını və terroru dəstəkləməyi davam etdirir. İranın nüvə fəaliyyəti və ballistik raketlər proqramı ilə bağlı ciddi tədbirlər görmək lazımdır."

Qeyd edək ki, Səudiyyə Ərəbistanı ilə İranın diplomatik əlaqələri 2015-ci ildən dayanıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ