SON DƏQİQƏ
» » Qərb, İsrail və bir sıra ərəb dövlətləri Türkiyə-Liviya razılaşmasından narahatdır

Qərb, İsrail və bir sıra ərəb dövlətləri Türkiyə-Liviya razılaşmasından narahatdır

Tarix:

6-12-2019, 17:00

/ 2 148 dəfə oxundu.
Qərb, İsrail və bir sıra ərəb dövlətləri Türkiyə-Liviya razılaşmasından narahatdır

Fransa, Britaniya və Yunanıstan daxil olmaqla bir sıra Avropa dövlətləri, eləcə də Misir, BƏƏ və Səudiyyə Ərəbistanı son zamanlarda Türkiyə ilə Liviyanın Milli Barışıq Hökuməti arasınada əldə edilmiş iqtisadi anlaşmanı qınayıblar.

GunAz.az xəbər verir ki, bu gün Yunanıstan hökuməti Liviya səfirini ölkədən çıxarmaq və bu ölkə hökumətinə nota vermək niyyətində olduğunu bildirib.

Digər tərəfdən ərəb dövlətlərindən Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Misir də Türkiyə ilə Liviya Milli Barışıq Hökuməti arasında əldə edilmiş razılaşmanı qənayıblar.

Avropa dövlətlərindən Fransa bu anlaşmanı kəskin tənqid edib.

Qeyd edək ki, Liviya Milli Hökumətinin prezident Şurasının sədri Fayez Al Sarraj Türkiyəyə səfəri çərçivəsində prezident Rəcəb Tayyıb Ərdoğanla görüşüb.

İstanbul Dolmabaxça ofisində baş tutan görüşdə iki əhəmiyyətli razılaşma imzalanıb. Bunlardan biri iki ölkə arasında dəniz hakimiyyəti sahələrinin məhdudlaşdırılmasına dair razılaşma memorandumu və ikincisi isə təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq edilməsini nəzərdə tutan razılaşma olub.

Şərqi Aralıq dənizi ilə əlaqəli razılaşmaya görə iki ölkə dəniz sahəsində bir-birlərinin iqtisadi zonalarını tanıyacaqlar.

Təhlükəsizlik və hərbi əməkdaşlıq razılaşması çərçivəsində Liviya təhlükəsizlik qüvvələrinin təliminə dəstək veriləcək.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ