SON DƏQİQƏ
» » Husilər Yəmənin cənubu ilə bağlı əldə edilən razılaşmaya münasibət bildriblər

Husilər Yəmənin cənubu ilə bağlı əldə edilən razılaşmaya münasibət bildriblər

Tarix:

6-11-2019, 17:50

/ 1 276 dəfə oxundu.
Husilər Yəmənin cənubu ilə bağlı əldə edilən razılaşmaya münasibət bildriblər

 Husilər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin vasitəsilə Yəmənin cənubunda separatçılarla Abdu-Rabbih Mansur Hadi hökuməti arasında əldə edilmiş anlaşmaya münasibət bildiriblər.

GunAz.az əl-Məyadinə istinadla xəbər verir ki, "Yəmən İnqilabının Ali Şurası"nın sədri Məhəmməd Əli əl-Husi separatçı meyilli "Cənubun Keçid Şurası" ilə Abdu-Rabbih Mansur Hadi hökumətinin razılaşmasını Yəmənə və onun xalqına heç bir aidiyyatı olmadığını bildirib.

M. əl-Husi bildirib ki, "bu anlaşma Səudiyyə koalisiyasının Yəməndəki təcavüzü və müdaxiləsinin nümunəsidir".

Eyni zamanda İranın Xarici İşlər Nazirliyi də məsələyə münasbət bildirib. İran, "bu razılaşmadan sonra Səudiyyə Ərəbistanın Yəməndəki müdaxiləçi addımlarının artacağı" qənaətində olduğunu bildirib.

Qeyd edək ki, son 3-4 ay Yəmənin cənub əyalətləri separatçı "Cənubun Keçid Şurası" ilə Abdu-Rabbih Mansur Hadi hökumətinin döyüşlərinin şahidi olub. Tərəflərdən birini Səudiyyə Ərəbistanı, digərini isə Birləşmiş Ərəb Əmirliyi dəstəkləyir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ