SON DƏQİQƏ
» » Yəmən hökuməti BƏƏ-nin dəstəklədiyi separatçılarla bir masa arxasında oturmağı rədd edib

Yəmən hökuməti BƏƏ-nin dəstəklədiyi separatçılarla bir masa arxasında oturmağı rədd edib

Tarix:

4-09-2019, 21:10

/ 1 281 dəfə oxundu.
Yəmən hökuməti BƏƏ-nin dəstəklədiyi separatçılarla bir masa arxasında oturmağı rədd edib

Səudiyyə Ərəbistanın dəstəklədiyi Yəmən hökuməti Ciddə şəhərində separatçıların "Cənubun Keçid Şurası" ilə birbaşa danışıqları rədd edib.

GunAz.az  Əlcəzirəyə istinadla xəbər verir ki, bu barədə Yəmən hökumətinin daxili işlər naziri Əhməd əl-Məysiri açıqlama verib.

Ə. əl-Məysiri Yəmənin cənubunda qarşıdurmada olan hökumətlə "Cənubun Keçid Şurası" arasındakı danışıqlara münasibət bildirib. O vurğulayıb ki, Səudiyyə Ərəbistanın Ciddə şəhərində başlayan bu danışıqlarda hökumət nümayəndələri separatçılarla eyni masa arxasında oturmayacaq.

Yəmən hökumətinin daxili işlər naziri bildirib ki, separatçıları dəstəkləyən və onların fəaliyyəti barədə qərar verən Birləşmiş Ərəb Əmirliyi olduğuna görə, onlar Əbu-Dabi rəsmiləri ilə danışıqlar aparacaqlar.

Bundan öncə Yəmən hökumətinin prezidenti Abdu-Rabbih Mansur Hadi də separatçı "Cənubun Keçid Şurası" nümayəndələrilə görüşməyəcəyini bildirib.

Xatırladaq ki, BƏƏ-nin dəstəklədiyi sepatarçı "Cənubun Keçid Şurası"nın qüvvələri müvəqqəti paytaxt Ədəndə və Əbyən şəhərində bütün hökumət qərargahlarını nəzarətə götürüb. Səudiyyə koalisiyasının dəstəklədiyi Yəmən hökumətinin bütün qərargahları onun nəzarətindən çıxıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ