SON DƏQİQƏ
» » Yəmən hökuməti BƏƏ-ni Səudiyyənin hərbi koalisiyasından çıxarılmasını istəyib

Yəmən hökuməti BƏƏ-ni Səudiyyənin hərbi koalisiyasından çıxarılmasını istəyib

Tarix:

30-08-2019, 20:10

/ 1 893 dəfə oxundu.
Yəmən hökuməti BƏƏ-ni Səudiyyənin hərbi koalisiyasından çıxarılmasını istəyib

 Yəmən hökuməti Birləşmiş Ərəb Əmirliyini Səudiyyə Ərəbistanın husilərə qarşı hərbi koalisiyasından çıxarılmasını istəyib.

GunAz.az  ƏlCəzirəyə istinadla xəbər verir ki, bu barədə Yəmən hökumətinin Nazirlər Kabineti bəyanat verib.

Yəmən hökumətinin Nazirlər Kabineti ölkə prezidenti Abdu-Rabbih Mansur Hadidən tələb ediblər ki, BƏƏ-ni Səudiyyə Ərəbistanın hərbi koalisiyasından çıxarılması üçün ər-Riyad qarşısında tələb irəli sürsün.

Qeyd edək ki, Abdu-Rabbih Mansur Hadi də ötən günkü çıxışında, BƏƏ-nin hərbi təyyarələrinin hökumət qüvvələrinə hava zərbələrini pisləyib və Səudiyyə Ərəbistanını bu müdaxilələrin dayandırılması üçün addımlar atmağa çağırıb.

Abdu-Rabbih Mansur Hadi bildirib ki, onun başçılıq etdiyi hökumət qüvvələri Ədən şəhəri  və cənubun digər bölgələrini separatçı qüvvələrdən geri alacaqlar.

Xatırladaq ki, BƏƏ Ədəndə Səudiyyənin dəstəklədiyi hökumət qüvvələrinə hava zərbələrinin endirilməsini özünümüdafiə hesab edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ