
Malayziya kralı Sultan V Məhəmmədin taxtdan enməsinə səbəb olan özündən 24 yaş kiçik keçmiş arvadına sərvətindən pay verməyəcək.
Cütlük 22 iyun tarixində boşanıb. Bu ayrılıqdan 4 ay keçsə də ətrafındakı qalmaqal hələ də bitmir. V Məhəmməd rus gözəlinin uşağının atası olduğuna belə şübhə edir.
Vodevodina isə açıqlamasında oğlunu tək böyütməklə məşğul olduğunu deyib. O, bildirib ki, həyatını qaldığı yerdən davam edəcək. İxtisasca marketoloq olan rus gözəli bu yoldada addımlayacağını açıqlayıb.
"Ayıl. Bir oğlun var, həm də atasan. Evliliyimizdə nə olursa olsun, mən istəyirəm ki, oğlumun hər iki valideyni olsun. Yalnız övladın barədə düşün",-deyə Oksana keçmiş ərinə açıq şəkildə müraciət edib. Sonda sakitliyini qoruyan keçmiş kral susqunluğunu pozub.
Dekabr ayında Rusiya kanallarının birində cütlük haqqında bir sujet yayımlanacaq. Lakin müxbirlərin gizlin mənbələrdən əldə etdikləri məlumatda kralın sujetdə nə danışacağı bilinib.
"Bu hiyləgər qadın məni kim sayır? Bill Qeyts yoxsa İlon Mask? - deyə Malayziya kralı qəzəblənib.
Daha sonra V Məhəmməd: "O, çox qorxulu bir insandır! Açığı məni əvvəldən xəbərdarlıq etmişdilər ki, rus qızları fürsətdən istifadə edən və həddən artıq uzaqgörəndirlər. Amma hər şeyində bir həddi var! Mən əlbətdə çox səxavətli adamam. Bəlkə başımı Oksanaya olan sevgidən itirmişdim, amma sağlam düşüncəm yerindədir. Tələb etdiklərini ona verməyəcəyəm. Bütün bunlar çox gülüncdür. O, bunları mənə xəyanət etmədən əvvəl düşünməli idi. Əminəm ki, o uşaq da mənim deyil. Fərz edək ki, uşağın atası mənəm. Məgər o, gələn il Oksforda daxil olacaq? Niyə onun tərbiyəsi üçün bu qədər pul tələb edir? ",- deyə bildirib.
Qeyd edək ki, model keçmiş ərindən, 8 milyon funt sterlinq dəyərində olan (təxmini 17500000 manat) Londondakı evini və 1,2 milyon funt sterlinq dəyərində olan Moskvadakı mənzilini tələb edir. Bundan başqa Oksana oğlunu saxlamaq üçün ayda 24 min funt sterlinqə iddialıdır.