
ABŞ senatoru Kris van Hollen bildirib ki, Türkiyə S-400 hava hücumundan müdafiə sisteminin radarlarını sınaqdan keçirərək növbəti dəfə qırmızı xətti keçib.
GunAz.az xəbər verir ki, senator deyib ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ağ Evə səfərindən iki həftə sonra sınaqlara başlayaraq, prezident Donald Trampa hörmətsizlik edib.
O qeyd edib ki, bu cür hərəkətlərlə Ankara Trampı sanksiya tətbiq etməyə məcbur edir.
ABŞ dəfələrlə Türkiyədən Rusiyanın S-400 hava hücumundan müdafiə sistemləri almasından imtina etməsini tələb edib.
N.SAFURA