SON DƏQİQƏ
» » Yəmənlilər Səudiyyə koalisiyasına aid olduğu deyilən iki gəmini ələ keçiriblər

Yəmənlilər Səudiyyə koalisiyasına aid olduğu deyilən iki gəmini ələ keçiriblər

Tarix:

19-11-2019, 17:30

/ 1 792 dəfə oxundu.
Yəmənlilər Səudiyyə koalisiyasına aid olduğu deyilən iki gəmini ələ keçiriblər

Mərkəzi Qərargahları paytaxt Sənada yerləşən Yəmən Ordusu və "Xalq Komitələri" (husilər)  Qırmızı dənizdə Səudiyyə Ərəbistanı koalisiyasına aid olduğu deyilən iki gəmini saxlayıblar.

GunAz.az xəbər verir ki, bu barədə Yəmənin Silahlı Qüvvələrinin (husilər) mətbuat katibi briqada generalı Yahya Səri rəsmi twitter səhifəsində məlumat yayıb.

Bildirilib ki, Yəməni mühasirədə saxlayan Səudiyyə Ərəbistanı koalisiyasına aid bir neft gəmisi, eləcə də digər bir yük gəmisi Qırmızı dənizdə ələ keçirilib.

Yəmənin Silahlı Qüvvələri ikinci gəminin Səudiyyə Ərəbistanına aid olmayacağı təqdirdə onun mənsub olduğu ölkəyə qaytarılacağını bildirib.

Qeyd edək ki, az öncə xarici KİV-lər ikinci gəminin Cənubi Koreyaya aid olduğunu iddia ediblər.

N.SAFURA

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ