SON DƏQİQƏ
» » Suriya Ordusu kürdlərin nəzarətindəki Qamışlının şərq bölgələrinə daxil olub

Suriya Ordusu kürdlərin nəzarətindəki Qamışlının şərq bölgələrinə daxil olub

Tarix:

5-11-2019, 18:10

/ 1 751 dəfə oxundu.
Suriya Ordusu kürdlərin nəzarətindəki Qamışlının şərq bölgələrinə daxil olub

Suriya Ordusu Qamışlı rayonunun şərq bölgələrinə daxil olub.

GunAz.az bu barədə Suriyanın dövlət xəbər agentliyi SANA-a istinadla məlumat verir.

Bildirilib ki, "Türkiyənin hücumunun qarşısını almaq üçün Suriya Ordusu hərbi qüvvələrini Qamışlı rayonunun şərq bölgələrində yerləşdirməyə başlayıb."

Suriya Ordusu ötən gün bir sıra hərbi qüvvələrini Həsəka əyalətinin Türkiyə ilə sərhəd bölgələrinə ezam edib.

Qeyd edək ki, Türkiyənin "Barış Pınarı" əməliyyatı fonunda ABŞ hərbi qüvvələri və kürd bölmələri Suriyanın şimal-şərqindəki sərhəd bölgələrindən geri çəkiliblər. Bu bölgələrdə əsasən Suriya Ordusu qüvvələri yerləşib.  

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ