SON DƏQİQƏ
» » Kreml S-400-ləri deaktiv etdi – ABŞ bombardmançı göndərdi

Kreml S-400-ləri deaktiv etdi – ABŞ bombardmançı göndərdi

Tarix:

4-11-2019, 20:07

/ 574 dəfə oxundu.
Kreml S-400-ləri deaktiv etdi – ABŞ bombardmançı göndərdi

Rusiya Suriyanın Hmeymim bazasında saxlanılan S-400 zenit raket komplekslərinin fəaliyyətini dayandırıb.

GunAz.az xəbər verir ki, bu barədə İsrail kəşfiyyatına – MOSSAD-a yaxınlığı ilə tanınan “Debka” nəşri yazıb.

Nəşrin məlumatına görə, Hmeymimdəki S-400-lərin aktiv olmamasına bir çox səbəb göstərilə bilər. Əsas versiyalar isə maliyyə problem və ya silahın ölkədən təxliyəsinə hazırlaq aparılması istiqamətindədir.

“Debka” həmçinin artıq ABŞ tərəfinin bu məlumatı təsdiqləyəcək addım atdığını da qeyd edib. Belə ki, Rusiyanın Suriyadakı savaşa müdaxilə etdiyi 2015-ci ildən bu yana ilk dəfə ötən həftə ABŞ-a məxsus B-52 bombardman təyyarəsi Hmeymim yaxınlığında uçuş həyata keçirib. ABŞ bununla S-400-lərin aktiv olub olmadığını yoxlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ