SON DƏQİQƏ
» » Rusiyada tankerdə partlayış olub – Ölənlər var

Rusiyada tankerdə partlayış olub – Ölənlər var

Tarix:

2-11-2019, 09:13

/ 420 dəfə oxundu.
Rusiyada tankerdə partlayış olub – Ölənlər var

Rusiyada Naxodkada “Amerika körfəzi” tankerində partlayış baş verib, nəticədə üç nəfər həlak olub, bir nəfər xəsarət alıb. 

Bu barədə “İnterfaks” Vladivostokun dəniz xilasetmə-əlaqələndirmə Mərkəzinə istinadən məlumat yayıb.

Partlayışın səbəbləri hələlik məlum deyil. 

“Vladivostok xəbərləri”nin məlumatına görə, gəmidə yanğın başlayıb, xilasedicilər alovu söndürməyə çalışırlar.

Bildirilir ki, gəmi Astafyev burunu yaxınlığında reyddə idi. Tankerin göyərtəsində doqquz nəfər olub. 

Hadisə yerində xilasedicilər işləyir.

скачать dle 12.1

Şərhlər