SON DƏQİQƏ
» » İsrailin paytaxtında partlayış: xəsarət alanlar var

İsrailin paytaxtında partlayış: xəsarət alanlar var

Tarix:

28-11-2017, 07:19

/ 1 206 dəfə oxundu.
İsrailin paytaxtında partlayış: xəsarət alanlar var

İsrailin paytaxtı Təl-Əvivdə partlayış olub.

Gunaz.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Qeyd edilir ki, hadisə tikinti materiallarının satıldığı mağazanın binasında baş verib. Partlayış yanğına və binanın qismən dağılmasına səbəb olub.

Partlayış zamanı 5 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Digər 4 nəfər isə yüngül xəsarət alıblar.

Hadisə yerində xilasedicilər işləyir. Ərazidə həmçinin polis nəzarəti gücləndirilib.

Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ