SON DƏQİQƏ
» » İtaliyada “Qara cümə”: Xalq etiraz etdi, ölkə iflic oldu

İtaliyada “Qara cümə”: Xalq etiraz etdi, ölkə iflic oldu

Tarix:

25-10-2019, 14:53

/ 715 dəfə oxundu.
İtaliyada “Qara cümə”: Xalq etiraz etdi, ölkə iflic oldu

İtaliyada bir neçə iri həmkarlar ittifaqı təşkilatının təşəbbüsü əsasında hökumətin iqtisadi siyasətinə etiraz olaraq 24 saatlıq tətilə start verilib.

GunAz.az xəbər verir ki, elan edilən tətil artıq indidən ölkədə ciddi problemlər yaradıb. Yaranan böhran ilk növbədə ölkədəki turistləri vurub.

Tətil ölkə hava limanlarının işinə təsir göstərib. Artıq indidən bir neçə aviareys təxirə salınıb. 24 saatlıq tətilə ölkənin ən iri aviaşirkətlərindən biri olan "Alitalia”nın, eləcə də Milan hava limanının əməkdaşları da qoşulub. Nəticədə aviaşirkət 240 aviareysi eyni anda ləğv etməli olub.

Ölkənin dəmiryolunda daha gərgin situasiya yaranıb. "İtalo” dəmiryol şirkəti yalnız bir neçə qatarının zamanında hərəkətinə zəmanət verəcəyini bildirib. Ölkənin şimalındakı dəmiryol əlaqələrində isə şirkətlərin əməkdaşlarının tətil elan etməsiylə əlaqədar daha böyük böhranlar formalaşıb.

İtaliyada ən pis vəziyyət Romada yaranıb. Belə ki, paytaxtdakı bütün kommunal təsərrüfat və şəhər nəqliyyatı müəssisələrinin işçiləri 24 saatlıq tətilə qoşulub. Tətilə qoşulan işçilərin sayının artıq 30 min nəfər təşkil etdiyi açıqlanıb. Bunun da nəticəsində paytaxtda metro, avtobus, tramvay, qatar, eləcə də şəhərdə zibil toplanmasıyla məşğul olan "Ama” şirkətinin fəaliyyəti tam iflic olub. Roma şəhər administrasiyası artıq məcbur qalaraq, şirkət işçilərinə xəstəxana, uşaq bağçaları və məktəblərdə zibil toplanması həyata keçirməsi üçün müraciət edib.

Ölkədəki 24 saatlıq tətillərə İtaliyanın çoxlu sayda tibb və təhsil işçisi də qatılıb. Ölkə xəstəxanalarının bir çoxunda bununla əlaqədar yalnız təxirə salınması mümkün olmayan yardımların ediləcəyi, digər tibbi prosedurların tarixinin dəyişdiriləcəyi qeyd edilib.

Tətillərdə həmçinin vəkillər və bir çox poliqrafiya sənayesi işçiləri iştirak edəcəklərini açıqlayıb.

Yerli KİV isə ölkədə yaranan situasiyanı "Qara cümə” adlandırıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ