SON DƏQİQƏ
» » Səfir afrikalı parlamentarilər qarşısında çıxış etdi

Səfir afrikalı parlamentarilər qarşısında çıxış etdi

Tarix:

8-10-2019, 12:48

/ 1 781 dəfə oxundu.
Səfir afrikalı parlamentarilər qarşısında çıxış etdi

Pan-Afrika Parlamentinin (PAP) Prezidenti Rocer Nkodo Danqın dəvəti əsasında Azərbaycan Respublikasının Afrika İttifaqı yanındakı Daimi nümayəndəsi, səfir Elman Abdullayev Pan-Afrika Parlamentin üçüncü sessiyasında iştirak etmək məqsədilə Cənubi Afrika Respublikasının Midrand şəhərinə səfər etmişdir.

GunAz.az bildirir ki, səfər çərçivəsində səfir Elman Abdullayev PAP-ın prezidenti, eləcə də bir sıra afrikalı millət vəkilləri ilə görüşlər keçirmişdir. Eyni zamanda, səfir E.Abdullayev PAP-ın üçüncü sessiyası çərçivəsində afrikalı parlamentarilər qarşısında çıxış etmişdir.

Çıxış zamanı səfir E.Abdullayev səfərə görə PAP-ın prezidentinə təşəkkürünü bildirmiş, Azərbaycan-Afrika münasibətləri barədə PAP üzvlərinə və tədbirdə iştirak edən afrikalı parlamentarilərə ətraflı məlumat vermişdir. Bununla yanaşı, Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına (QH) sədrlik edəcəyini qeyd edən səfir E.Abdullayev ölkəmizin qarşıdan gələn sədrliyinin prioritetləri və 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək QH-nin XVIII Zirvə Görüşü ilə bağlı məlumat vermişdir. Habelə, səfir E.Abdullayev Afrikanın QH-nin yaradılmasında, eləcə də QH-nin Afrika ölkələrinin müstəqilliyinin möhkəmləndirilməsində xüsusi rol oynadığını bildirərək, sədrliyimiz çərçivəsində Afrika ilə münasibətlərimizin daima sıx şəkildə aparılacağını bildirmişdir.

Səfir afrikalı parlamentarilər qarşısında çıxış etdi

 

Səfir afrikalı parlamentarilər qarşısında çıxış etdi

 

N.SAFURA

скачать dle 12.1

Şərhlər