SON DƏQİQƏ
» » Səudiyyə Ərəbistanı husilərlə danışıq məqsədilə əlaqə kanalı yaradıb - Reuters

Səudiyyə Ərəbistanı husilərlə danışıq məqsədilə əlaqə kanalı yaradıb - Reuters

Tarix:

5-10-2019, 14:56

/ 1 840 dəfə oxundu.
Səudiyyə Ərəbistanı husilərlə danışıq məqsədilə əlaqə kanalı yaradıb - Reuters

Səudiyyə Ərəbistanın vəliəhdi Bin-Salman bundan artıq mövqeyini itirməmək üçün Yəməndən çıxmaq istəyir. Artıq Səudiyyə Ərəbistanı ilə Yəmənin Ali Siyasi Şurasının sədri Mehdi əl-Mşat arasında vasitə ilə əlaqə kanalı yaradılıb."

GunAz.az Reuters-ə istinadla xəbər verir ki, bu barədə cari proseslərə yaxın olan Avropa rəsmilərindən biri məlumat verib.

Bildirilib ki, Səudiyyə Ərəbistanı Yəmən müharibəsindən çıxmaq və husilərin verdiyi atəşkəs təklifi barədə düşünməyə başlayıb.

Əlavə edilib ki, Səudiyyə Ərəbistanı rəsmiləri ilə Yəmənin Ali Siyasi Şurasının (husilər) sədri Mehdi əl-Mşat arasında vasitə yolu ilə əlaqə kanalı yaradılıb.

Mənbə bildirib ki, hələ bu əlaqə kanalı yeni bir nəticəyə gətirib çıxarmayıb.

Qeyd edək ki, husilər Aramco-ya hücumdan sonra Səudiyyə Ərəbistanın ərazilərinə raket və PUA-larla hücumu dayandırdıqlarını və qarşı tərəfə atəşkəslə bağlı fürsətlər vermək niyyətində olduqlarını bəyan ediblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ