SON DƏQİQƏ
» » Paşinyanın yalnış siyasəti Moskvanı İrəvandan uzaqlaşdırır- Siyasi analiz

Paşinyanın yalnış siyasəti Moskvanı İrəvandan uzaqlaşdırır- Siyasi analiz

Tarix:

4-10-2019, 13:22

/ 1 810 dəfə oxundu.
Paşinyanın yalnış siyasəti Moskvanı İrəvandan uzaqlaşdırır- Siyasi analiz

Nikol öz səhvi səbəbindən Kremlin qəzəbinə tuş gəlir

Həftə regionda cərəyan edən proseslər, qarşılıqlı faydalı əməkdaşlıq baxımından iki hadisə ilə yadda qaldı. Birincisi, işğalçı Ermənistanın paytaxtında baş tutan Avrasiya İqtisadi Birliyinin toplantısı, ikincisi isə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Rusiya Federasiyasına dəvət alması, Soçidə rusiyalı həmkarı ilə keçirdiyi görüş, eləcə də dövlət başçısının "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasında iştirakı idi. Hər iki hadisə əhəmiyyəti və yaddaqalanlığı ilə də diqqət çəkdi. Lakin fərqli prizmadan. Birinci qeyd etdiyimiz hadisədən Ermənistan tərəfi nə qədər divident götürmək, Paşinyanın hakimiyyətə gəlməsindən sonra sərinləşən Moskva-İrəvan münasibətlərini normallaşdırmağa çalışsa da, lakin işğalçı ölkənin bu cəhdləri uğursuz oldu. Hətta Nikol Paşinyanın rəsmi protokol qaydalarını pozaraq Kreml rəhbəri Vladimir Putini hava limanına qədər yol salması da işə yaramadı. Nikolun hava limanında Putinə dost-qardaşcasına sarılmaq jestinə də Kreml rəhbəri soyuqqanlılıqla münasibət sərgilədi. Çünki Rusiyanın aləmində Ermənistan, xüsusilə də onun inqilabçı Paşinyan höluməti artıq qırmızı xətti keçib və artıq Moskva üçün İrəvan Cənubi Qafqazda yaxın və strateji müttəfiq sayılmır. Rusiya prezidentinin İrəvanda Paşinyanla çox qısa müddətli görüşü, Avrasiya İqtisadi Birliyinin toplantısında Paşinyanın sifətində süni olaraq xoş təbəssüm yaratmasına Kreml rəhbərinin saymazyana münasibəti də onu deməyə əsas verirdi ki, İrəvanın hazırkı siyasətindən Moskvada heç də məmnun deyillər. Ona görə də rəsmi Moskva, eləcə də Kreml rəhbəri özünəməxsus gedişləri ilə Nikol Paşinyanı sözün həqiq mənasında sındırır, onun onsuz da olmayan siyasi reputasiyasına zərbə vurur. Təbii ki, bütün bu baş verənlərin bir nömrəli günahkarı heç də Rusiya özü deyil. Məhz Ermənistandır. Daha dəqiq desək inqilabçı Paşinyan hökumətidir. Hakimiyyəti inqilab yolu ilə zəbt edən gündən ayağı sürüşkən qadınlara məxsus gündə bir mövqe sərgiləyən Paşinyanın gah Qərbə, gah da Rusiyaya meyillənməsi Moskvanı qıcıqlandıran əsas səbəblərdən idi. Daim özünün forposyu olan bir ölkənin indi Rusiyaya bir növ meydan oxuması təbii ki, oyun qaydalarına zidd idi və xüsusilə Kremldə heç vaxt ikibaşlı oyunları sevməyiblər. Hakimiyyəti zəbt etdiyi gündən Nikol  Paşinyanın düzgün xarici siyasət yürüdə bilməməsi, regionda və dünyadakı reallıqları dərk etməkdə çətinlik çəkməsi, yaxud bu reallıqları nəzərə alıb onlara uyğun addımlar ata bilməməsi, dünyanın əsas güc mərkəzləri ilə düzgün münasibət qurmaması kimi faktorlar indi təkcə Rusiyanı deyil, eləcə də Qərbi, Avropanı İrəvandan daha sürətlə ayırır. Bunu Nikol Paşinyanın hakimiyyətdə olduğu bir neçə ildə məhdud sayda xarici ölkələrə rəsmi səfərlərə dəvət edilməsinin fonunda da aydın görə bilirik. Ermənistan baş naziri yalnız beynəlxalq tədbirlərdə iştirak etmək üçün dəvətlər alır ki, bu da dünya üzrə ümumi protokol qaydalarına uyğun bir şeydir. Hətta həmin səfərlərdə belə Nikol Paşinyan ayrı-ayrı ölkələrin dövlət və hpkumət başçıları ilə görüşmək istəyini reallaşdıra bilmir. Bunun isə başlıca səbəbi qeyd etdiyimiz kimi inqilabçı baş nazirin səriştəsizliyi, xarici siyasətdən anlayışı olmaması, dünyada və ayrı-ayrı regionlarda baş verən prosesləri düzgün təhlil edib, ona uyğun addım ata bilməməsidir. Bütün bunlar Ermənistanı sürətlə beynəlxalq aləmdən, dünyadan təcrid etdiyi üçün Nikol Paşinyan kifayət qədər itirilmiş siyasi nüfuzunu, xalq arasındakı reytinqini populist çıxışlarla, bəyanatlarla əvəzləmək istəyir. Bu cür gedişlər isə artıq heç bir işə yaramır. İndi Ermənistanda sadə xalq kütlələri düşünürlər ki, Ermənistan rəhbərliyinin yalnış, səriştəsiz siyasətindən dolayı İrəvanın Rusiya Federasiyasından uzaq düşməsi Ermənistan üçün ağır fəsadlara yol açacaq. Təbii qaza olan tələbatını ödəmək məqsədilə Rusiyadan alınacaq qazın qiymətinin Kremlin təsir vasitəsi olaraq qaldırılması bir neçə aydan sonra Ermənistanda ciddi fəsadlara gətirib çıxaracaq. Vəziyyətdən çıxış yolu kimi Ermənistan hakimiyyəti İran, Sinqapur, Mozambik kimi ölkələrlə əməkdaşlığı inkişaf etdirmək xəttinə üstünlük verir ki, bu da məhz Paşinyanın beynəlxaklq münasibətlər sistemindən anlayışlı olmadığını bir daha ortaya qoyur.

Bütün bunlardan dolayı onu deyə bilırik ki, Nikolun ötən müddət ərzində xarici siyasət sahəsində buraxdığı, yol verdiyi kobud səhvlər Ermənistan üçün daha acınacaqlı nəticələrə səbəb olacaq. Bu nəticələrin acısını isə daha çox erməni xalqı çəkəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ