SON DƏQİQƏ

İlham Əliyev Putinlə görüşəcək

Tarix:

24-09-2019, 15:18

/ 2 063 dəfə oxundu.
İlham Əliyev Putinlə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

GunAz.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, görüş oktyabrın 3-də Soçidə “Valday” beynəlxalq diskussiya klubunun sessiyası çərçivəsində baş tutacaq.

Azərbaycan Prezidenti ilə yanaşı, İordaniya kralı II Abdullah, Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Filippin Prezidenti Rodriqo Duterte də “Valday” beynəlxalq diskussiya klubunun sessiyasında iştirak edəcəklər.

Peskov Putinin dövlət başçıları ilə ikitərəfli görüşlər keçirəcəyini də bildirib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər