SON DƏQİQƏ
» » İxtiraçı qadınların dünya üçün əhəmiyyətli icadları

İxtiraçı qadınların dünya üçün əhəmiyyətli icadları

Tarix:

2-10-2019, 16:21

/ 879 dəfə oxundu.
İxtiraçı qadınların dünya üçün əhəmiyyətli icadları

İxtiraçı deyildiyi zaman ağlınıza kişilər gəldi, deyilmi? Halbuki bu gün istifadə etdiyimiz bir çox avandanlıqlar qadınlar tərəfindən ixtira edilmişdir. Zəriflik, gözəllik sözlərini özündə cəmləşdirən qadınlar  elm  dünyasında əhəmiyyətli kəşflər  edib,  tarixin istedadlı və  məşhur qadın elm adamları olublar. 

GunAz.az tarixdə iz  qoyan bir sıra ixtiraçı qadınları təqdim edir:

Qabyuyan maşın - Josephine Cochrane

Onun mis qazan içindəki təkəri fırladan mühərrikli maşını, su təzyiqindən istifadə edən ilk avtomatik qabyuyan olub.

Cochrane-nin əyyaş əri ölümündən sonra ona böyük məbləğli borclar qoymuşdu və bu onun 1886-cı ildə patentin kəşfinə ilhamlandırmış və o, öz zavodunu açmışdı.

WiFi sistemi- Ada Lovelace

Məşhur riyaziyyatçı Ada Lovelace kompüterin əsası hesab olunan Babbage cihazı üçün alqoritm yaratmışdır. Hedy Lamarr WiFi sistemini icad etmişdir.

Avtomobil şüşə siləni - Mary Anderson

1903-cü ilin bir qış günü Mary Anderson New York şəhərini gəzməyə gəlir və sürücünün qarı təmizləmək üçün tez-tez pəncərəni açdığına diqqət edir.

Hər dəfə pəncərə açıldıqda isə sərnişinlərə soyuq olurdu.

Anderson, maşının içindən çıxan rezin ülgücün rəsmini cızmağa başlayır və 1903-cü ildə qurğusu üçün patent ala bilir.

Lakin, ixtira maşın şirkətləri üçün faydalı olmur. Onlar bunun sürücünün diqqətini yayındıracağına inanırdılar.

Şüşə silənlər maşınlar üçün standart hesab olunduqdan sonra belə, Anderson ixtirasından pul qazanmayıb.

Evlərin isinməsi üçün qaz sistemi - Marie Van Brittan Brown

Marie Van Brittan Brown evlərin, binaların təhlükəsiz və asan isinməsini təmin edən sistemi ixtira edib.

Şpris - Letitia Geer 

Damardan qan vermək, damara dərman vurmaq üçün istifadə edilən şpris də qadın tərəfindən icad edilib. Letitia Geer müasir tibbdə ən mühüm alət olan şprisi ixtira edən qadındır.

скачать dle 12.1

Şərhlər