SON DƏQİQƏ
» » ABŞ-ın maksimum sanksiya siyasəti iflasa uğrayıb - Ayətullah Xamenei

ABŞ-ın maksimum sanksiya siyasəti iflasa uğrayıb - Ayətullah Xamenei

Tarix:

2-10-2019, 19:10

/ 1 289 dəfə oxundu.
ABŞ-ın maksimum sanksiya siyasəti iflasa uğrayıb - Ayətullah Xamenei

"Amerikalılar maksimum sanksiya siyasəti məsələsində məğlub olub və iflasa uğrayıblar. Onlar düşünürdü ki, maksimum sanksiya siyasəti İranı yumşalda bilər, lakin hələ bu ana qədər Allahın lütfü ilə İran geri addım atmayıb və onlar bu addıma görə özləri problemə düşüblər."

GunAz.az Tasnim Agentliyinə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei bu gün Sepah komandirləri qarşısında çıxışı zamanı deyib.

Ayətullah Xamenei ABŞ-ın son ayda həyata keçirdiyi sanksiyalar məsələsinə toxunaraq vurğulayıb ki, maksimum sanksiya siyasəti də iflasa uğrayıb.

Ayətullah Xamenei bəyan edib ki, ABŞ rəsmiləri Avropa tərəfini vasitə salmaqla Ruhani ilə Trampın görüşünü təşkil etmək və beləcə İranı cəlb etməyi sübut etməyə çalışıblar, lakin buna da nail olmayıblar.

O deyib:

"Onlar İran prezidentini görüşə razı salmaqla rəmzi olaraq İranın təslim olmasını göstərməyə çalışırdılar. İltimas etdilər hətta avropalı dostlarını vasitə saldılar. İstəkləri alınmadı sona qədər də alınmayacaq."

скачать dle 12.1

Şərhlər