SON DƏQİQƏ
» » Ayətullah Xamenei İran hökumətini Avropa dövlətlərinə inanmamaq və bel bağlamamağa çağırıb

Ayətullah Xamenei İran hökumətini Avropa dövlətlərinə inanmamaq və bel bağlamamağa çağırıb

Tarix:

26-09-2019, 20:45

/ 942 dəfə oxundu.
Ayətullah Xamenei İran hökumətini Avropa dövlətlərinə inanmamaq və bel bağlamamağa çağırıb

"Avropalılar Amerikanın icra etdiyi sanksiyalara boyun əydilər. Avropa heç bir addım atmadı. Bundan sonra da biz düşünmürük ki, nəsə edə bilsinlər. Biz gərək ümidimizi bulardan kəsək. Bulara bel bağlamamalıyıq. Bizimlə əməkdaşlıq istəyirlərsə eybi yoxdur, müqavilə bağlayırlarsa eybi yoxdur. Amma avropalılara əsla etibar etmək olmaz."

GunAz.az  Khamenei.ir-ə istinadla xəbər verir ki, bunu İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkənin "Xobreqan Şurası"nın üzvləri qarşısında çıxışı zamanı deyib.

Ayətullah Xamenei Avropa dövlətlərinin Amerikanın sanksiyaları qarşısında lazımi addımlar atmadığını, nüvə sazişindəki öhdəliklərə əməl etmədiyi və ABŞ-ın iddiaları ilə həmsəda olduğunu deyib və İran hökumətini Avropa dövlətlərinə bel bağlamamağa çağırıb.

"Onların bütün dedikləri puçdur. Onlara bel bağlamamalı və ümidimizi onlardan kəsməliyik...Avropalıların İranla düşmənçilik etmələriin əsas səbəbi elə Amerikanın səbəblərindən fərqlənmir. Onlar zahirdə özlərini vasitəçi kimi göstərir, uzun uzadı danışır, lakin əslində sözləri puçdur.", deyə Ayətullah Xamenei Həsən Ruhani Administrasiyasına Avropa dövlətlərinə inanmamaq barədə çağırış edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ