SON DƏQİQƏ
» » Dünyanın ən böyük aeroportu fəaliyyətə başlayıb

Dünyanın ən böyük aeroportu fəaliyyətə başlayıb

Tarix:

30-09-2019, 12:04

/ 1 834 dəfə oxundu.
Dünyanın ən böyük aeroportu fəaliyyətə başlayıb

Çində "Dasin" adlı yeni beynəlxalq aeroport rəsmi fəaliyyətə başlayıb. Çin hakimiyyəti aeroportun tikintisinə 63 milyard dollardan çox vəsait xərcləyib.
Yeni aeroport 4 uçuş-enmə zolağı ilə təchiz edilib. 2025-ci ilədək "Dasin" hava limanının ötürmə qabiliyyəti ildə 72 milyon nəfər təşkil edəcək və gələcəkdə bu göstərici 100 milyonadək arta bilər.
Aeroportun sahəsi təxminən 700 min kv.m təşkil edir. "Dasin" hava limanında ümumilikdə 79 "qeyt" olacaq. Aeroport 10 Mvt-dan çox elektrik enerjisi istehsal edə biləcək nəhəng günəş batareyaları ilə təchiz edilib və istilik sistemi xüsusi yerüstü nasos sistemi sayəsində həyata keçiriləcək.
"Dasin" hava limanı yağış suyunun toplanılması və idarə edilməsi sisteminə malikdir ki, bu da uzunmüddətli leysan yağışları zamanı subasmanın qarşısını almağa imkan verəcək.

скачать dle 12.1

Şərhlər