SON DƏQİQƏ
» » Avropanın ən böyük hava limanı bu ölkədə tikilə bilər

Avropanın ən böyük hava limanı bu ölkədə tikilə bilər

Tarix:

4-10-2018, 08:16

/ 10 330 dəfə oxundu.
Avropanın ən böyük hava limanı bu ölkədə tikilə bilər

Polşa Baranov kəndində Avropada ən böyük hava limanı tikməyi planlaşdırır.

GunAz.az Azərtac-a istinadən xəbər verir ki, “LOT Polish Airlines SA”nın baş icraçı direktoru Rafal Milçarski ölkənin müasir aviasiya mərkəzinə ehtiyacı olduğunu qeyd edib.

Layihənin dəyəri 19 milyard dollar təşkil edir. İldə 45 milyon sərnişinə xidmət etmək üçün aeroporta yeni dəmiryol xətlərinin və avtomobil yollarının çəkilməsi də nəzərdə tutulub. Aeroport Londonun Xitrou, Parisin Şarl de Qoll və Amsterdamın Sxipxol kimi nəhəng hava limanları ilə rəqabət aparacaq.

Layihənin tikintisinə 2021-ci ildə, hökumətin Baranovda və yaxın şəhərlərdə torpaq əldə etməsindən sonra başlamaq nəzərdə tutulub. Reyslərin açılışı 2027-ci ilə planlaşdırılır. Sonrakı mərhələlərdə əlavə uçuş-enmə zolaqları və terminallar tikiləcək.

Qeyd edək ki, 29 aoktyabrda açılışı planlaşdırılan İstanbul 3-cü hava limanı Avropada ən böyük hava limanı titulunu ələ keçirəcək. Bu limanda illik 150 milyon sərnişin daşınması nəzərdə tutulub.

скачать dle 12.1

Şərhlər