SON DƏQİQƏ
» » Suriya Ordusu qruplaşmalardan alınan bölgədə böyük yeraltı qərargah aşkarlayıb

Suriya Ordusu qruplaşmalardan alınan bölgədə böyük yeraltı qərargah aşkarlayıb

Tarix:

26-09-2019, 20:35

/ 640 dəfə oxundu.
Suriya Ordusu qruplaşmalardan alınan bölgədə böyük yeraltı qərargah aşkarlayıb

Suriya Ordusu bir bir ay öncə azad edilən əl-Latamina qəsəbəsi ərazisində böyük yeraltı qərargah aşkarlayıb.

GunAz.az  əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Suriya Ordusu bəyanat verib.

Bəyanatda bildirilib ki, İdlib əyalətində vaxtilə terror birləşmələrinin olduğu əl-Lətaminə qəsəbəsi ərazisində aşkarlanan böyük yeraltı qərargahda çoxlu silah-sursat aşkarlanıb.

Suriya Ordusu bəyan edib ki, bu yeraltı hərbi qərargahda ABŞ və NATO istehsallı müxtəlif raketlər, zirehli texnikalar əleyhinə müxtəlif raketatanlar və sair aşkarlanıb.

Əlavə edilib ki, qruplaşmalar tərəfindən qazılan bu yeraltı qərargaha 5 min nəfər yerləşdirmək mümkündür. Yeraltı qərargahı müxtəlif istiqamətlərə çıxaran çoxlu tunellər var.

Bu yeraltı qərargahda pilotsuz təyyarələrin istehsalı üçün xüsusi sex də aşkarlanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ