SON DƏQİQƏ
» » Cavad Zərif Netanyahunun "İranın məxfi nüvə təsisatı" ilə bağlı iddialarına cavab verib

Cavad Zərif Netanyahunun "İranın məxfi nüvə təsisatı" ilə bağlı iddialarına cavab verib

Tarix:

10-09-2019, 17:10

/ 1 309 dəfə oxundu.
Cavad Zərif Netanyahunun "İranın məxfi nüvə təsisatı" ilə bağlı iddialarına cavab verib

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Netanyahunun ötən gün rəsmi Tehranın nüvə silahına can atması ilə bağlı iddialarına maraqlı münasibət bildirib.

GunAz.az xəbər verir ki, İranın XİN rəhbəri rəsmi twitter səhifəsində Benyamin Netanyahunu yalançı çoban adlandırıb və onun iddialarının artıq heç kimin tərəfindən qəbul edilmədiyini yazıb.

İranın XİN rəhbəri, Netanyahunun 2002-ci ildə İraqa hərbi müdaxiləni dəstəkləməklə bağlı videogörüntülərini, eləcə də Britaniyanın "The Sunday Times" qəzetinin İsraildəki hərbi nüvə təsisatları ilə bağlı hesabatını yayımlayaraq bildirib ki, İsrail nüvə silahına malik ola ola digərlərini bu silaha can atmada təqsirləndirir.

"Həqiqi mənada nüvə silahına malik olan yalançı çoban İranda sökülən bir təsisat barədə uydurmalarını davam etdirir və car çəkir. O və onunla müttəfiq olan "B" komandası günahsız insanların tökülən qanlarını düşünməyərək, yalnız qan tökmək niyyətindədirlər... The Sunday Times qəzeti yazır ki, İsrailin nüvə bombalarının təsisatı ən-Nəqib səhrasının mərkəzində inşa edilib. Bu hərbi nüvə təsisatı 20 ildi gizli şəkildə MAQATE-nin nəzarəti olmadan fəaliyyət göstərir."

Qeyd edək ki, B. Netanyahu ötən gün yeni iddialarında bildirib ki, İranın Fars əyalətində yeni bir nüvə təsisatı mövcuddur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ