SON DƏQİQƏ
» » Ruhani nüvə sazişinin daha bir bəndinin icrasının dayandırılması əmrini verib

Ruhani nüvə sazişinin daha bir bəndinin icrasının dayandırılması əmrini verib

Tarix:

5-09-2019, 18:10

/ 1 294 dəfə oxundu.
Ruhani nüvə sazişinin daha bir bəndinin icrasının dayandırılması əmrini verib

 İran prezidenti Həsən Ruhani nüvə sazişində yer alan öhdəliklərdən bir qisminin azaldırlması və icrasının dayandırılması ilə bağlı göstəriş verib.

GunAz.az  İRNA-a istinadla xəbər verir ki, ötən gün İran prezidenti Həsən Ruhaninin ölkənin Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi və parlamentin sədri Əli Laricani ilə birgə üçtərəfli görüşdən sonra nüvə sazişində olan bəzi bəndlərin icrasının dayandırılması ilə bağlı göstəriş verib.

Bildirilib ki, bu addım cümə günündən icraya qoyulacaq.

Həsən Ruhani nüvə sazişində yer alan öhdəliklərin azaldılması istiqamətindəki üçüncü adımın çox mühüm olduğunu bəyan edib.

İranın aidiyyatı qurumları bildiriblər ki, üçüncü addım çərçivəsində  uranın zənginləşdirilməsi üçün yeni nəsli sentrfuqa cihazları quraşdırılacaq.

Qeyd edək ki, ABŞ-ın nüvə sazişindən çıxması və İrana qarşı birtərəfli sanksiyaya başlamasından sonra 4+1 ölkələri İrana neftin satışı və maliyyə köçürmələrilə bağlı vəd veriblər. Bu vədlər həyata keçmədiyi üçün İran uranın zənginləşdirilməsinin miqdarını və dərəcəsini eləcə də "ağır su"yun istehsalını artırıb. 

скачать dle 12.1

Şərhlər