
ABŞ Prezidenti Donald Trampla söz savaşına girmək istəmirəm.
GunAz.az xəbər verir ki, bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib. Bir daha Qrenlandiyanın ABŞ-a satılması məsələsinə toxunan Frederiksen bunun qəbuledilməz olduğunu bildirib:
“Qrenlandiya hökumətinin başçısı Kim Kilsen çox aydın şəkildə hər şeyi ifadə edib. Qrenlandiya satılmır və mən bunu tam şəkildə dəstəkləyirəm”.