SON DƏQİQƏ
» » Dünya üçün qorxulu nəticə: Qrenlandiya sürətlə əriyir

Dünya üçün qorxulu nəticə: Qrenlandiya sürətlə əriyir

Tarix:

3-08-2019, 15:36

/ 1 334 dəfə oxundu.
Dünya üçün qorxulu nəticə: Qrenlandiya sürətlə əriyir

Bütün dünyaya təsir edən yüksək temperatur artıq Qrenlandiyanı belə əritməyə başlayıb.

Musavat.com xəbər verir ki, irihəcmli buzlarla örtülü olan Qrenlandiyada 197 milyard ton buz əriyib.

Danimarka krallığının tərkibinə daxil olan, Atlantik və Şimal Buzlu okeanları arasında yerləşən Qrenlandiyanın səthinin 82 faizi buzlarla örtülüdür.

Danimarkanın qütb araşdırmaları mərkəzinin əməkdaşı Rut Mottramın verdiyi açıqlamaya görə, Qrenlandiyada iyul ayının 31-dən bu yana 10 milyard ton buz əriyib. 4-5 gün ərzində bu qədər buzun əriməsi dünya alimlərini də qorxuya salıb. Ümumilikdə iyul ayında 197 milyard ton buz əriyib. Qütb araşdırmalar mərkəzindən bildirilib ki, bu qədər əriyən buz ilə 80 milyon hovuz doldurmaq mümkündür.

Mərkəzdən onu da bildiriblər ki, son dörd ayda buzların əriməsi daha da sürətlənib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ