SON DƏQİQƏ
» » Beş ayda ölkədə 30 milyard manatlıq ÜDM istehsal olunub

Beş ayda ölkədə 30 milyard manatlıq ÜDM istehsal olunub

Tarix:

20-06-2019, 18:46

/ 1 907 dəfə oxundu.
Beş ayda ölkədə 30 milyard manatlıq ÜDM istehsal olunub

 Yanvar-may aylarında Azərbaycanda 30 milyard 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.

Dövlət Statistika Komitəsindən GunAz.az-a bildirilib ki, ÜDM istehsalının 46 faizi sənayenin, 9,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 3 min 99 manata bərabər olub.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ