SON DƏQİQƏ

Ərdoğan Trampla görüşməyəcəyini AÇIQLADI

Tarix:

5-09-2018, 11:24

/ 10 204 dəfə oxundu.
Ərdoğan Trampla görüşməyəcəyini AÇIQLADI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstandan rəsmi səfərdən qayıdarkən jurnalistlərin ABŞ ilə münasibətlərə dair suallarını cavablandırıb. Ərdoğan qəti şəkildə ABŞ lideri Donald Trampla görüşməyəcəyini bildirib.

GunAz.az publika.az -a istinadən xəbər verir ki, Qırğızıstanda səfər çərçivəsində mühüm bəyanatlar verən Ərdoğan jurnalistlərin "Trampla görüşməyi düşünürsüzmü" sualına belə cavab verib:

"Bir strateji tərəfdaş öz tərəfdaşına belə bir həmlə etməz. Bu heç etik deyildir. 16 ildir baş nazir, prezident postunu idarə edirik. Türkiyənin hər hansı bir ehtiyacını (təyyarə satışını xatırladır- red) ABŞ-dan pulu ilə belə ala bilmədiyimiz zamanlar olub. Amma ABŞ terror təşkilatları pulsuz olaraq hər cür silah-sursatla təmin edir. Bu silahları da terror qruplaşmaları bizə qarşı istifadə edirlər. Bu necə strateji tərəfdaşlıqdır? O da kifayət etmədi, daha ağır münasibət sərgiləyərək türk polisinə tapança vermədilər, tapança. Bu çox ağırdır!".

Ərdoğan sentyabrın 25-də Nyu-Yorkda keçiriləcək BMT Baş Məclisi barədə danışarkən bunu qeyd edib: "Həmin gün üçün ABŞ Prezidenti Donald Trampdan qarşılıqlı görüş məsələsinə dair heç bir təklif gəlməyib, bizim tərəfimizdən, şəxsən mən özüm də ona heç bir xüsusi təklif göndərməyəcəyəm".

Xatırladaq ki, prezident Ərdoğanın sentyabr ayı üçün önəmli görüşləri gözlənilirdi. Buraya İran prezidenti Həsən Ruhani, Rusiya prezidenti Vladimir Putin, Almaniyanın prezidenti Frank-Uolter Steinmeier və Almaniya kansleri Angela Merkel, eləcə də ABŞ lideri Donald Trampla iki tərəfli rəsmi görüşləri daxildir.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ