SON DƏQİQƏ

ABŞ-ın Türkiyə səfiri işinə başladı

Tarix:

15-08-2019, 13:47

/ 1 742 dəfə oxundu.
ABŞ-ın Türkiyə səfiri işinə başladı

ABŞ-ın Türkiyəyə təyin etdiyi yeni səfir Devid Satterfild ABŞ Dövlət Departamentində and içərək, rəsmən yeni vəzifəsinin icrasına başlayıb.

GunAz.az xəbər verir ki, Satterfildin andiçmə mərasiminə ABŞ Dövlət katibi Mayk Pompeo da gəlib.

Qeyd edək ki, Tramp prezident olduqdan az sonra ABŞ-ın Türkiyədəki səfiri Con Bası Əfqanıstana səfir göndərmişdi. Bundan sonra ABŞ-ın Türkiyə səfiri vəzifəsi il yarım boş qalmışdı. 16 fevralda Satterfildin bu vəzifəyə namizədliyi irəli sürülmüş, 28 iyulda bu namizədlik ABŞ Senatında təsdiqlənmişdi.

Satterfild ABŞ-ın ən təcrübəli diplomatlarından sayılır. O, 1980-ci illərdən bu yana Yaxın Şərqin bir sıra yerlərində fəaliyyət göstərir. Onun fəaliyyətdə olan bölgələr arasında Livan, Suriya, Tunis, İraq, Əlcəzair və Səudiyyə Ərəbistanı kimi dövlətlər yer alıb. Sonuncu dəfə Satterfild ABŞ Dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ