SON DƏQİQƏ

ABŞ Verşbounu Tiflisə səfir göndərir

Tarix:

23-07-2019, 10:44

/ 1 295 dəfə oxundu.
ABŞ Verşbounu Tiflisə səfir göndərir

ABŞ-ın Gürcüstandakı səfiri vəzifəsinə NATO Baş katibinin keçmiş müavini Aleksandr Verşbou təyin edilə bilər.

GunAz.az xəbər verir ki, bu məlumatı “2020NYUS” saytı öz diplomatik mənbələrinə istinadən yayıb. Məlumata görə, bu barədə qərar ABŞ Dövlət katibi Mayk Pompeonun məsləhəti ilə qəbul edilib.

Qeyd edək ki, ABŞ-ın indiyə qədər Gürcüstanda səfiri yoxdur. Bundan öncə bu vəzifəyə Bridcit Brinksin təyini məsələsi gündəmə gəlsə də ölkənin “boz kardinalı” Bidzina İvanişvili onun Vahid Milli Hərəkat Partiyasına simpatiyasını əsas göstərərək buna qarşı çıxmışdı.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ