SON DƏQİQƏ
» » “Rus NATO-su”nun yeni baş katibi… – Peskovdan açıqlama

“Rus NATO-su”nun yeni baş katibi… – Peskovdan açıqlama

Tarix:

7-12-2018, 19:30

/ 10 286 dəfə oxundu.
“Rus NATO-su”nun yeni baş katibi… – Peskovdan açıqlama

Kollektiv Təhlükəsizilik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsi məsələsi hələlik həll edilməyib.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko KTMT baş katibinin təyin edilməsi mexanizmi ilə əlaqədar bir razılaşmanın əldə edildiyini və bu posta Belarus nümayəndəsinin təyin ediləcəyini açıqlamışdı.

Lukaşenkonun fikirlərinə münasibət bildirən Peskov qeyd edib ki, bu məsələ onunla müzakirə edilsə də, yekun anlaşma əldə edilməyib:

“Bu məsələ Aleksandr Lukaşenko tərəfindən proaktiv şəkildə müzakirə olundu, bu, normal bir təcrübədir, hər hansı dövlət başçısı zəruri hesab etdiyi məsələlərə toxuna bilər”.

Rəsmi İrəvan isə KTMT-yə üzv dövlətlərdən boş qalmış posta Ermənistan nümayəndəsinin təyin edilməsini tələb edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ