SON DƏQİQƏ
» » Lukaşenko İrəvana gəlir - İzahat tələb edən Paşinyan çətin vəziyyətdə

Lukaşenko İrəvana gəlir - İzahat tələb edən Paşinyan çətin vəziyyətdə

Tarix:

7-12-2018, 18:40

/ 10 282 dəfə oxundu.
Lukaşenko İrəvana gəlir - İzahat tələb edən Paşinyan çətin vəziyyətdə

Belarus Prezidenti Aleksandr Lukaşenko İrəvana gəlmək üçün dəvət gözləyir. O, ikitərəfli münasibətlərdə yaranmış problemləri Ermənistanda müzakirə etmək niyyətindədir.

GunAz.az xəbər verir ki, bu iddia ilə Çiçəklənən Ermənistan Partiyasının lideri Qagik Çarukyan çıxış edib.

O, ehtimal edilən səfər çərçivəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) yeni baş katibin təyin edilməsi məsələsinin həll ediləcəyini bildirib.

Qeyd edək ki, Aleksandr Lukaşenko dekabrın 6-da jurnalistlərə açıqlamasında KTMT-yə yeni baş katibin Belarusdan təyin ediləcəyini və bu məsələnin razılaşdırıldığını açıqlayıb.

Ermənistan baş nazirinin mətbuat katibi Armen Yeqoyan isə Belarus başçısının bu iddiasını təkzib edib. Rəsmi İrəvan KTMT-yə Ermənistan nümayəndəsinin təyin edilməli olduğunu bildirir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ