SON DƏQİQƏ
» » Tonoyan təşvişdə: Erməni hərbçinin təslim olması...

Tonoyan təşvişdə: Erməni hərbçinin təslim olması...

Tarix:

13-08-2019, 13:10

/ 1 294 dəfə oxundu.
Tonoyan təşvişdə: Erməni hərbçinin təslim olması...

Azərbaycanla sərhədi keçən erməni hərbçi böyük ehtimalla azıb.

GunAz.az xəbər verir ki, bunu Ermənistan Müdafiə naziri David Tonoyan jurnalistlərə açıqlamasında deyib. O, hazırda məsələ ilə bağlı istintaq aparıldığını bildirib.

Tonoyan hərbçinin xidmət etdiyi hərbi hissədə təzyiqlərə məruz qalmasıyla bağlı Azərbaycanın açıqladığı məlumatın yalan olduğunu iddia edib. Əsgərin psixoloji vəziyyətindən söhbət açan Tonoyan hələlik bunun müəyyən edilmədiyini bildirib.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində düşmən tərəfindən fərarilik etmiş hərbi qulluqçu Kazaryan Aro Xaykoviçin saxlanılması barədə məlumat yayıb. Nazirlik Xaykoviçin hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibət ucbatından qaçdığını etiraf etdiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ