SON DƏQİQƏ

Tonoyanın Su-30CM ümidi: Gözləyirik

Tarix:

22-07-2019, 13:53

/ 1 286 dəfə oxundu.
Tonoyanın Su-30CM ümidi: Gözləyirik

Ermənistan ilin sonuna və ya gələn ilin əvvəlinə qədər Rusiyadan Su-30CM qırıcılarının tədarükünün başlanacağını gözləyir.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə naziri David Tonoyan deyib. O, həmçinin jurnalistlərin ölkəyə digər silahların tədarükü ilə bağlı sualını da cavablandırıb. Tonoyan bir çox məsələlərin detallarını aça bilməyəcəyini, amma Ermənistanı hərbi sürprizlər gözlədiyini bildirib.

Qeyd edək ki, Ermənistan 4 ədəd Su-30CM qırıcısı aldığını bəyan etsə də, Moskva bu qırıcıların Rusiyanın Ermənistandakı hərbi bazasına göndəriləcəyini açıqlayıb.

N.SAFURA

скачать dle 12.1

Şərhlər