SON DƏQİQƏ

Yəməndə husi liderinin qardaşı terror edilib

Tarix:

9-08-2019, 20:20

/ 1 324 dəfə oxundu.
Yəməndə husi liderinin qardaşı terror edilib

Yəmənin Ənsarullah hərəkatının lideri Əbdül-Məlik əl-Husinin qardaşı İbrahim Bədruddin əl-Husi terror edilib.

GunAz.az əl-Məsira telekanalına istinadla xəbər verir ki, bu barədə Ənsarullah hərəkatı bəyanat verib.

Qərargahı paytaxt Sənada yerləşən Yəmən Daxili İşlər Nazirliyi də bəyanat yayaraq, İbrahim Bədruddin əl-Husinin "Səudiyyə - ABŞ - İsrail ittifaqının məkrli əli" ilə terror edildiyini bildirib.

Bu bəyanatda bildirilib ki, "Daxili İşlər Nazirliyi şəhid İbrahim Bədruddin əl-Husini şəhid edən təcavüzkarların təqibini dayandırmayacaq."

Qərargahı paytaxt Sənada yerləşən Yəmən Daxili İşlər Nazirliyi qardaşının ölümünə görə husi lideri Əbdül-Məlik əl-Husiyə başsağlığı verib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ