
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ankaranın tezliklə Fərat çayının şərq sahilindəki Suriya ərazisində terrorçulara qarşı əməliyyat keçirmək niiyyətində olduğunu söyləyib.
“Yeni hədəfimiz Fərat çayının şərqidir. Rusiyaya və ABŞ-a Suriyada yeni bir əməliyyata hazır olduğumuzu bildirdik", Ərdoğan deyib.
GunAz.az RT-yə istinadla xəbər verir ki, Ərdoğan qeyd edib ki, bundan əvvəl Türkiyə ordusu Suriyanın Afrin, Jerablus və Əl-Bab bölgələrində əməliyyatlar keçirib.
Onun sözlərinə görə, "Ankara təxribatlar və Suriya ərazisindən sərhəddəki yaşayış məntəqələrinin atəşə tutulmasına cavab olaraq hərəkətsiz qalmaq niyyətində deyil".