SON DƏQİQƏ
» » Britaniya və ABŞ-ın təşkilatçılığı ilə Bəhreyndə Hörmüz boğazı ilə bağlı toplantı keçirilir

Britaniya və ABŞ-ın təşkilatçılığı ilə Bəhreyndə Hörmüz boğazı ilə bağlı toplantı keçirilir

Tarix:

31-07-2019, 18:20

/ 1 795 dəfə oxundu.
Britaniya və ABŞ-ın təşkilatçılığı ilə Bəhreyndə Hörmüz boğazı ilə bağlı toplantı keçirilir

Britaniya və ABŞ-ın təşkilatçılığı ilə bu gün Bəhreyndə Hörmüz boğazında "dəniz nəqliyyatının təhlükəsizliyi"məsələsi ilə bağlı toplantı keçirilir.

GunAz.az İSNA-a istinadla xəbər verir ki, bu barədə "The-Guardian" məlumat verib.

The Guardian Britaniya hərbi mənbələrinə istinadla bildirib ki, Fransanın və sair Avropa dövlətlərinin hərbi nümayəndələri bu toplantıya dəvət edilib.

Qəzet Britaniya mənbələrinə istinadla bildirib ki, Hörmüzdə dəniz nəqliyyatını təmin etmək məqsədilə yeni hərbi şura ya ittifaqın yaradılmasını hədəfdə saxlayan Bəhreyn toplantısından bu tezliklə nəticə gözləmək doğru olmaz.

Qeyd edək ki, ABŞ Dövlət Katibliyi bu gün bildirib ki, Hörmüzdə təhlükəsizlik məqsədilə ittifaqın və ya şuranın yaradılması istiqamətində 60 dövlət dəvət edilib.

Bu arada Almaniyanın Xarici İşlər Nazirliyi məsələ ilə bağlı ABŞ-dan təklif gəldiyini bildirib və bu addımı qəbul etmədiyini bəyan edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ