SON DƏQİQƏ
» » ABŞ rəsmi olaraq Almaniyanı Hörmüz Boğazındakı dəniz missiyasına qoşulmağa dəvət edib

ABŞ rəsmi olaraq Almaniyanı Hörmüz Boğazındakı dəniz missiyasına qoşulmağa dəvət edib

Tarix:

30-07-2019, 20:40

/ 1 794 dəfə oxundu.
ABŞ rəsmi olaraq Almaniyanı Hörmüz Boğazındakı dəniz missiyasına qoşulmağa dəvət edib

ABŞ, Hörmüz Boğazında təhlükəsizliklə bağlı müşahidə missiyasında iştirak etmək üçün diplomatik kanallar vasitəsi ilə Almaniyaya rəsmi sorğu göndərib.

GunAz.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Berlindəki səfirliyindən DPA-ya məlumat verilib.

"Biz rəsmi olaraq Almaniyadan, Fransa və Böyük Britaniya ilə birlikdə Hörmüz Boğazında İran təcavüzünün qarşısını almağa kömək etməsini istədik", səfirliyin məlumatında deyilir.

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Vaşinqtonun Körfəz bölgəsində naviqasiya azadlığını təmin etmək üçün koalisiya yaradacağını açıqlayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ