SON DƏQİQƏ
» » MDB məkanında iki dövlət üz-üzə - Şok gəlişmə

MDB məkanında iki dövlət üz-üzə - Şok gəlişmə

Tarix:

23-07-2019, 13:32

/ 1 931 dəfə oxundu.
MDB məkanında iki dövlət üz-üzə - Şok gəlişmə

Qırğızıstan-Tacikistan sərhədində ölümlə nəticələnən insident baş verib

Teleqraf.com xəbər verir ki, sərhəddə silahlı qarşıdurma zamanı bir Tacikistan vətəndaşı həlak olub, 3 nəfər yaralanıb.

Olayda Qırğızıstan tərəfdən 14 nəfər odlu silahlardan açılan atəş nəticəsində yaralanıb.

Yaralılar arasında 6 polis, 2 hərbçi, 1 gömrük əməkdaşı var.

Qırğızıstan tərəfinin iddiasına görə, olay anlaşılmazlıq səbəbindən baş verib. Sərhəddə yerləşən Vorux adlı tacik kəndinin sakinləri kəndin girişinə bayraq asmaq istəyərkən, Aksay adlı qırğız kəndinin sakinləri buna etiraz edib.

Qarşılıqlı ittihamlarla başlayan mübahisə odlu silahların işə düşməsi ilə nəticələnib.

Tacikistan və Qırğızıstanın sərhəd xidmətlərinin rəsmiləri olay yerindədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ