SON DƏQİQƏ

“Balkan şahini” Mnatsakanyanı qəbul etdi

Tarix:

18-07-2019, 15:04

/ 1 928 dəfə oxundu.
“Balkan şahini” Mnatsakanyanı qəbul etdi

Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Vaşinqtonda ABŞ Dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Filip Rikerlə görüşüb.

GunAz.az xəbər verir ki, bu məlumatı Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb. Görüşdə əsas müzakirə mövzularından biri dini azadlıqlar məsələsi olub. Bu çərçivədə Mnatsakanyan Ermənistanın guya təhlükə altına düşən dini qrupların müdafiəsinə xüsusi diqqət ayırdığını bildirib. Tərəflər həmçinin Yaxın Şərqdə dini azlıqların, xüsusilə xristianların haqlarının müdafiəsi məsələsinə toxunublar.

İki ölkə arasındakı tərəfdaşlıq və dostluq münasibətlərində yaranan dinamikadan razı qaldıqlarını bildirən tərəflər Qarabağ məsələsini də müzakirə ediblər. Onlar iyunun 20-də Vaşinqtonda baş tutan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü barədə də danışıblar.

Qeyd edək ki, Filip Riker “Balkan şahini” kimi tanınır. Ona bu ləqəb daha çox Kosova və ümumilikdə Balkan məsələsində göstərdiyi səylərə görə verilib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ