SON DƏQİQƏ
» » Mnatsakanyanla Saakyanın 3 saatlıq Qarabağ görüşü

Mnatsakanyanla Saakyanın 3 saatlıq Qarabağ görüşü

Tarix:

5-07-2019, 14:01

/ 1 315 dəfə oxundu.
Mnatsakanyanla Saakyanın 3 saatlıq Qarabağ görüşü

Qarabağ konfliktinin həlli Ermənistan hakimiyyəti üçün prioritet olaraq qalmaqda davam edir.

GunAz.az xəbər verir ki, bunu jurnalistlərə Xankəndidə Qarabağ separatçılarının lideri Bako Saakyanla 3 saatlıq görüşdən sonra verdiyi açıqlamada Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

“Mən 3 saatın necə keçdiyini bilmədim. Bu dialoqun ciddiliyini, bizim qarşılıqlı konsultasiyalar və birgə iş prosesinə tam cəlb edildiyimizi göstərir”, - deyə o bildirib.

Mnatsakanyan məsləhətləşmələrin intensiv keçdiyini, çoxlu məsələlərə toxunulduğunu deyib:

“Bu bizim Qarabağı həll prosesinə cəlb etmək və bu hökumətin sahiblik duyğusunu gücləndirmək niyyətimizdən xəbər verir”.

Qeyd edək ki, ötən gün Mnatsakanyan Azərbaycan XİN başçısı Məmmədyarovla Vaşinqtonda keçirdiyi görüşün nəticələrini müzakirə etmək üçün Xankəndiyə gəlib.

N.SAFURA

скачать dle 12.1

Şərhlər