SON DƏQİQƏ
» » Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb

Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb

Tarix:

13-07-2019, 23:47

/ 1 156 dəfə oxundu.
Banqladeşdə ildırım vurması nəticəsində 14 nəfər ölüb

Banqladeşin altı rayonunda ildırım vurması nəticəsində 14 nəfər həlak olub, bir nəfər isə xəsarət alıb.

GunAz.az Trend-ə istinadən bildirir ki, bu barədə "Dhaka Tribune" qəzeti xəbər verib.

Ölkənin qərbindəki Pabna rayonunda ata və iki böyük oğlu daxil olmaqla dörd nəfər həlak olub.

Banqladeşin şimalındakı Mymensinqx dairəsində balıq ovlayarkən gənc balıqçı həlak olub, onun qardaşı isə xəsarət alıb. Həmçinin muncuq toxumaqla məşğul olan iki nəfər ölüb.

Banqladeşin Çuadanqa dairəsində üç nəfər həlak olub. Netrakona dairəsində ildırım vurmasından bir fermer, Radjşahi şəhərində də bir nəfər kəndli ölüb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ