SON DƏQİQƏ

Hindistanda fırtına səngimir: 30 ölü

Tarix:

9-06-2018, 19:40

/ 10 259 dəfə oxundu.
Hindistanda fırtına səngimir: 30 ölü

Hindistanın Uttar-Pradeş ştatında baş verən təbii fəlakət nəticəsində azı 30 nəfər ölüb.

Gunaz.az xəbər verir ki, bu barədə yerli IANS agentliyi məlumat yayıb.

Agentliyin xəbərinə görə, Ametivə Ray-Bareli şəhərlərində 11 nəfər həlak olub, daha 16 sakin xəsarət alıb. 7 nəfər isə Sultanpur, Sitapur və Bahrayç şəhərlərində təbii fəlakətin qurbanı olub.

Bundan əlavə, 5-i qadın, 2-si uşaq olmaqla ümumilikdə 10 nəfəri ildırım vurub.

Qeyd edək ki, iyunun əvvəlində Uttar-Pradeş ştatında baş verən qum fırtınası zamanı isə azı 15 nəfər ölüb, onlarla insan isə xəsarət alıb.

 

скачать dle 12.1

Şərhlər