SON DƏQİQƏ
» » Qum fırtınası 109 insanın ölümünə səbəb oldu

Qum fırtınası 109 insanın ölümünə səbəb oldu

Tarix:

3-05-2018, 17:01

/ 10 412 dəfə oxundu.
Qum fırtınası 109 insanın ölümünə səbəb oldu

Hindistanın şimal rayonlarını cənginə alan qum fırtınası səbəbindən bir sutka ərzində azı 109 nəfər həlak olub, 130-dan çox insan isə xəsarət alıb.

Gunaz.az xəbər verir ki, NDTV telekanalının yaydığı məlumata görə, ölüm faktlarının əksəriyyəti Uttar-Pradeş ştatında qeydə alınıb – 64 nəfər. Təbii fəlakət nəticəsində təkcə Aqra şəhərində 43 nəfərin öldüyü bildirilir. Həmçinin 31 nəfər qonşu Racastan əyalətində həyatını itirib.

Ölkənin meteorologiya xidmətinin proqnozun əsasən, yaxın iki gün ərzində təbii fəlakətdən əziyyət çəkən rayonlarda hava şəraitinin düzələcəyi gözlənilmir.

Hökumət həlak olan və xəsarət alanların sayının artacağından ehtiyatlanır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ