SON DƏQİQƏ
» » Putin hakimiyyətini uzadır - Prezident baş nazir olur

Putin hakimiyyətini uzadır - Prezident baş nazir olur

Tarix:

13-07-2019, 11:22

/ 1 928 dəfə oxundu.
Putin hakimiyyətini uzadır - Prezident baş nazir olur

Rusiya Prezidenti Vladimir Putin 2024-cü ildən sonra da hakimiyyətdə qala bilər.

GunAz.az xəbər verir ki, bu məlumatı “Blomberq” agentliyi Kremldəki və Vahid Rusiya Partiyasındakı etibarlı mənbələrinə istinadən yayıb.

Məlumata görə, Putin 2024-cü ildən sonra fəaliyyətinə geniş səlahiyyətləri olan baş nazir kimi davam etdirəcək. Agentlik artıq indidən prezidentin köməkçi və müşavirlərinin yenilənəcək Duma üzərində nəzarətin saxlanılması üçün seçki qanunvericiliyini dəyişdirmək üzərində düşündüklərini bildirib. Belə ki, Putinin yaxın ətrafı bu dəyişikliyi 2021-ci ilə qədər reallaşdırmağı planlaşdırıb:

“Kreml baş nazirin səlahiyyətlərinin prezidentin imkanlarını azaldaraq genişləndirilməsini ssenarisini nəzərdən keçirir. Bunun üçün Dumanın izni və Vahid Rusiyanın 2021-ci ildən sonra parlamentdə üstünlük təşkil etməsi lazımdır. Burada isə çətinliklər var. Reytinqlərin düşməsi ucbatından Vahid Rusiya Partiyasının namizədləri seçicilərdən lazımi dəstəyi almırlar”.

N.SAFURA

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ