SON DƏQİQƏ

Putin özünə belə xələf axtarır

Tarix:

5-07-2019, 20:07

/ 1 247 dəfə oxundu.
Putin özünə belə xələf axtarır

Rusiya Prezidenti Vladimir Putin indidən özünə xələf axtarır.

GunAz.az xəbər verir ki, bunu “Rossiyskaya qazeta”ya müsahibəsində Ümumrusiya İctimai Fikrin Tədqiqatı Mərkəzinin rəhbəri Valeri Fyodorov deyib.

“Onun seçəcəyi adam 40-50 yaşlarında, müasir, dinamik, dövlət idarəçiliyi təcrübəsi olan adam ola bilər. Başlıca olaraq isə bu insanın güclü xarakter və Rusiyanın özbaşınalığını, suverenliyini heç vaxt qurban verməyəcək vətənpərvər olmasına diqqət yetiriləcək. İndiki dövlət başçısının mümkün xələfi təkcə dövləti idarə edəcək yox, həm də yeni böyük müharibə risklərindən bizi qorumaq üçün Rusiyanın maraqlarını digər güclərin yanında müdafiə edəcək məsuliyyətli insan olmalıdır” – deyə o bildirib.

Qeyd edək ki, Putinin prezidentlik dönəmi 2024-cü ildə bitir.

скачать dle 12.1

Şərhlər