SON DƏQİQƏ
» » Rusiya AŞPA-nı dağıdır: Daha bir ölkə ayrıla bilər

Rusiya AŞPA-nı dağıdır: Daha bir ölkə ayrıla bilər

Tarix:

1-07-2019, 11:35

/ 1 960 dəfə oxundu.
Rusiya AŞPA-nı dağıdır: Daha bir ölkə ayrıla bilər

Estoniya Mühafizəkar Xalq Partiyası ölkənin Avropa Şurasındakı gələcək fəaliyyəti ilə bağlı məsələni parlamentin müzakirəsinə çıxarmaq niyyətindər.

GunAz.az-ın xəbərinə görə, bu barədə “İnterfaks” məlumat yayıb.

Estoniyalı mühafizəkarlar Rusiyanın AŞPA-ya qaytarılmasından sonra belə bir reaksiya veriblər.

“Biz hesab edirik ki, Estoniya mənəvi nüfuzunu itirən təşkilatda öz iştirakını dayandırmalıdır”, - partiyanın bəyanatında deyilir.

Qeyd edək ki, Estoniya Mühafizəkar Xalq Partiyası 15 nazir portfelindən beşinə sahib olan hakim koalisiyanın üzvüdür. Partiya parlamentdə 19 (101 yerdən – red) deputatla təmsil olunur.

İyunun 26-da AŞPA Rusiyanın təşkilatda üzvlüyünü bərpa edib. Bu qərardan sonra Ukrayna nümayəndə heyəti “Biz getdik” deyərək, zalı tərk edib.

скачать dle 12.1

Şərhlər